Admiral Şəhram İrani Əl-Cəzirə telekanalına müsahibəsində əlavə edib ki, dəniz manevrlərinin məqsədi regionda təhlükəsizlik və sabitliyə nail olmaqdır.
Admiral deyib: “Bölgədəki istənilən qeyri-sabitlik və təhlükə qlobal iqtisadiyyata təsir edir. Əlimiz region ölkələrinə uzanır və təcrübəmizi onlara ötürməyə hazırıq.”
“Region artıq əvvəlki kimi deyil və onun ölkələri öz təhlükəsizliyini təmin etməyə qadirdir. Düşmənlər regiona münasibətini dəyişməli və onun xalqlarına hörmət etməlidir” - deyə, İrani qeyd edib.
İran İslam Respublikası Ordu Dəniz Qüvvələrinin komandanı bildirib: “Düşmənə mesajımız budur ki, biz təcrid olunmayacağıq və təcridi qəbul etməyəcəyik. Bizim davranışımız, xüsusən də regionda mövcud vəziyyətdə beynəlxalq hüquq normalarına uyğundur.”
Sizin rəyiniz